Xaçmazda şəhid atasının dəfn mərasimi keçirilib - FOTOLAR

2025/05/whats-1748358847.jpg
Oxunub: 624     18:39     27 May 2025    
2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olan Elvin Mirzəyevin atası Azadxan Mirzəyev vəfat edib. Şəhid atası bu gün Xaçmaz şəhər Qaraqurdlu qəbristanlığında dəfn edilib.

Ordu.az xəbər verir ki, dəfn mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Elnur Rzayev şəhid atasının vəfatından kədərləndiyini bildirib, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Mərasimdə şəhid atası Aazadxan Mirzəyevin və bütün şəhidlərimizin ruhuna dualar oxunub.

Allah rəhmət eləsin !!!

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Xaçmaz   Şəhid  


Bizi "telegram"da izləyin