Ukraynaya qoyulan mənzil məhdudiyyəti aradan qaldırıldı, artıq Rusiyanın dərinliklərinə raket ata biləcək

2025/05/1748334964.jpg
Oxunub: 125     17:35     27 May 2025    
Almaniya kansleri Fridrix Merts Ukraynaya göndərilən silahlar üçün artıq mənzil məhdudiyyətinin olmadığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Merts mayın 26-da iştirak etdiyi WDR forumunda verdiyi açıqlamada bildirib.

“Artıq Ukraynaya çatdırılan silahların çeşidinə heç bir məhdudiyyət yoxdur. Nə Britaniya, nə Fransa, nə də Almaniya belə bir məhdudiyyət qoymur. ABŞ-nin da heç bir məhdudiyyəti yoxdur”, - deyə o bildirib.

Merts bildirib ki, bu inkişaf Ukraynanın indi Rusiyadakı hərbi hədəfləri vura biləcəyi anlamına gəlir.

“Son vaxtlara qədər bunu edə bilmirdilər və çox məhdud istisnalar xaric, bu istiqamətdə heç bir addım atmamışdılar”, - deyə o vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Almaniya   Rusiya  


Bizi "telegram"da izləyin