IFRC Venesuelaya 2 milyon İsveçrə frankı ayırıb

2026/06/1782392241.jpg
Oxunub: 193     18:20     25 İyun 2026    
Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası (IFRC) 160-dan çox insanın həyatına son qoyan iki zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Venesuelaya 2 milyon İsveçrə frankı (təxminən 2,5 milyon dollar) ayırıb.

Ordu.az xəbər verir ki, bu barədə IFRC-nin sosial şəbəkələrdəki məlumatında bildirilib.

IFRC-dən həmçinin bildirilib ki, Venesuela Qırmızı Xaç Cəmiyyətinin könüllüləri artıq axtarış-xilasetmə işlərinin aparılmasına və təcili tibbi yardımın göstərilməsinə köməklik edirlər.

Son məlumatlara görə, Venesuelada 7,2 və 7,5 maqnitudalı iki zəlzələ nəticəsində 164 nəfər ölüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: IFRC   Venesuela  


Bizi "telegram"da izləyin