Çexiyanın “Excalibur” şirkəti Yunanıstanın RM-70 YARS-larını modernləşdirəcək

2025/05/1748332810.jpg
Oxunub: 421     17:59     10 İyun 2025    
Yunanıstan quru qoşunlarının atəş dəstəyini gücləndirmək üçün 1990-cı illərdən etibarən inventarında olan RM-70 122 mm-lik yaylım atəşli reaktiv sistemlərini kompleks şəkildə modernləşdirməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, modernləşdirmə layihəsinin ümumi dəyərinin təxminən 170 milyon avro olacağı gözlənilir.

Yunanıstan mətbuatında çıxan xəbərlərə görə, modernləşdirmə paketi Çexiyanın müdafiə şirkəti “Excalibur Army” tərəfindən təklif edilib. Sözügedən layihə mayın 21-23-də Afinada keçirilən DEFEA 2025 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində ictimaiyyətə təqdim edilib.

Yunanıstan sözügedən sistemləri 1994-cü ildə Şərqi Almaniyadan alıb və öz inventarına əlavə edib. Ümumilikdə 158 ədəd RM-70 sistemindən 116-sı xüsusilə Evros bölgəsi və Egey adalarında aktiv xidmətdədir.

Sistemlər Çexoslovakiya istehsalı olan “Tatra 813” 8x8 avtomobil şassisinə quraşdırılmış 40 lüləli buraxılış qurğularından ibarətdir.

Bu sistemlərdə 122 mm çaplı “Qrad” raketlərindən istifadə olunur. Mövcud sursatla mənzil 20 kilometrlə məhdudlaşır, bu mənzil bugünkü standartlara görə yetərsiz hesab edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   Excalibur   Yunanıstan  


Bizi "telegram"da izləyin