Almaniya, ABŞ, Fransa və Böyük Britaniya Kiyevə silah tədarükünə qoyulan məhdudiyyətləri qaldırıb

2025/02/1738492486.jpg
Oxunub: 521     16:01     26 May 2025    
Almaniya, ABŞ, Fransa və Böyük Britaniya Kiyevə silah tədarükünə qoyulan məhdudiyyətləri qaldırıb.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz bildirib.

Onun sözlərinə görə, Berlin və onun müttəfiqləri tərəfindən Kiyevə verilən silahların çeşidinə artıq heç bir məhdudiyyət yoxdur: "Artıq Ukraynaya verilən silahların çeşidinə heç bir məhdudiyyət yoxdur - nə ingilislər, nə fransızlar, nə də biz. Amerika tərəfində də heç bir məhdudiyyət yoxdur".

Merz deyib ki, Berlin artıq Ukraynaya verilən uzaqmənzilli silahları məhdudlaşdırmır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   ABŞ   Fransa   Britaniya   Ukrayna  


Bizi "telegram"da izləyin