Rubio: “Müttəfiqlərin hərbi bazalarını təqdim etməkdən imtina etməsi NATO-nun mənasını sual altına qoyur”

2026/05/1779771048.jpg
Oxunub: 228     16:59     25 İyun 2026    
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, müttəfiq ölkələr zərurət yarandıqda öz hərbi bazalarından istifadəyə icazə verməkdən imtina etsələr, bu, Şimali Atlantika Alyansının mövcudluq məqsədini şübhə altına alacaq.

Ordu.az xəbər verir ki, Rubio bu barədə Bəhreyndə çıxışı zamanı danışıb.

“Əgər həmin ölkələr öz bazalarından istifadə imkanı verməyə hazır deyillərsə, bu, bütövlükdə alyansın mənasını sual altına qoyur”, - deyə ABŞ dövlət katibi vurğulayıb.

Onun sözlərinə görə, NATO daxilində kollektiv müdafiə öhdəlikləri yalnız siyasi bəyanatlarla deyil, praktiki əməkdaşlıq və qarşılıqlı dəstəklə təmin edilməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   ABŞ   NATO  


Bizi "telegram"da izləyin