Ordu.az xəbər verir ki, səfəri çərçivəsində Qriqoriadis Texas ştatının Fort-Uort şəhərində yerləşən “Lockheed Martin”in müəssisələrinə baş çəkib.
Burada o, hazırda Yunanıstan üçün istehsal olunan F-35 qırıcılarının istehsal prosesi ilə bağlı ətraflı brifinq alıb.
Brifinqdə diqqətin proqramın hərtərəfli dəstək strukturuna, xüsusən də təlim sistemlərinə və tapşırığı öz üzərinə götürəcək kadrların hazırlanmasına yönəldiyi bildirilib.
Qriqoriadis, həmçinin F-35-lərin istismarı və texniki xidmət proseslərinə dəstək verəcək pilotlar və texniki personal üçün təlim prosedurları haqqında da məlumatlandırılıb. Bildirilib ki, məqsəd yüksək səviyyədə əməliyyat hazırlığını təmin etməkdir.
Qriqoriadis “Lockheed Martin” rəsmiləri, həmçinin F-35 Birgə Proqram Ofisi və müvafiq ABŞ rəsmiləri ilə bir sıra görüşlər keçirib. Bildirilib ki, təmaslar Yunanıstanın F-35 proqramına inteqrasiya prosesinin texniki və əməliyyat detallarını əhatə edib.
Yunanıstan HHQ-yə təhvil veriləcək ilk 4 F-35 döyüş təyyarəsinin ən təkmil TR-3 konfiqurasiyasına sahib olacağı və 2028-ci ilin ikinci yarısında təhvil veriləcəyi bildirilir. TR-3 konfiqurasiyası əvvəlki texniki problemlərin həll edildiyi ən müasir struktur olaraq xarakterizə edilir.
Sevinc Əliyeva
Ordu.az