Ermənistan MN-in hərbi hissələrinə ərzaq daşıyan “Mercedes Sprinter” 2 metr hündürlükdən VAZ 2107-nin üzərinə düşüb, ölən var

2025/05/1748067923.jpg
Oxunub: 607     12:24     24 May 2025    
Mayın 23-də Ermənistanda, Tavus vilayətində avtomobil qəzası baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Saat 13:15 radələrində “Mercedes Sprinter” markalı minik avtomobili hələlik naməlum şəraitdə Berd-Navur avtomobil yolunda yolun hərəkət zolağından çıxıb, yoldakı nişanı sındırıb, sonra irəli gedib, təxminən 2 metr hündürlükdən sakinin evinin 2-ci mərtəbəsinin 2 pəncərəsi arasında olan divara çırpılıb və sözügedən evin qarşısında dayanmış VAZ 2107 markalı avtomobilin üzərinə düşüb.

Qəza nəticəsində bir nəfər yerindəcə ölüb.

Hadisə ilə bağlı istintaq şöbəsində cinayət işi başlanılıb, hazırda “Mercedes”in sürücüsünün, ölən şəxsin və park edilmiş VAZ 2107 markalı avtomobilin sahibinin şəxsiyyəti müəyyənləşdirilir.

Məlumata görə, VAZ 2107 markalı avtomobilin sahibi təmirçi olub və sözügedən evdə təmir işləri aparırmış.

Hadisə yerinə toplaşanlar “Mersedes”in müəyyən şirkətin adına rəsmiləşdirildiyini və həmin şirkətin Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinə gündəlik ərzaq daşıdığını qeyd ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN  


Bizi "telegram"da izləyin