Çindən nəhəng PUA: 100-dən çox PUA, bomba və raket buraxmağa qadir olacaq

2025/05/1748064350.jpg
Oxunub: 668     11:05     24 May 2025    
Çinin “Jiutian” adlı nəhəng Pilotsuz Uçuş Aparatı (PUA) 100-dən çox daha kiçik PUA, həmçinin bomba və raketlər buraxmağa qadir olacaq.

Ordu.az xəbər verir ki, döyüş meydanını insansızlaşdırmaq üçün yeni bir addım olaraq başladılan layihə ötən ilin noyabrında ölkənin cənubunda keçirilən 15-ci “Zhuhai” Aviasiya Sərgisində nümayiş olunub, lakin texniki detallar açıqlanmayıb.

Lakin ötən günlərdə sosial şəbəkələrdə yeni PUA-nın kompüter tərəfindən hazırlanmış təqdimat videosu yayımlanıb. Təəccüblü şəkildə PUA-nın onlarla PUA daşıyan bir PUA daşıyıcısı olduğu ortaya çıxıb.

Videoda verilən məlumata görə, havaya qalxarkən, çəkisi 16 ton olan bu nəhəng PUA 16 m uzunluğa, 25 m qanad açıqlığına və quyruq hissəsində 100-dən çox daha kiçik PUA üçün bölməyə malikdir.

Yeni PUA-nın 2025-ci ilin sonuna kimi Çin ordusuna qatılacağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   PUA  


Bizi "telegram"da izləyin