Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilir ki, layihə “Tawazun” İqtisadi Proqramının bir hissəsidir və BƏƏ-nin daxili müdafiə istehsalı bazasını, milli imkanlarını gücləndirmək üçün daha geniş baxışına uyğundur.
“Thales Emarat Technologies” tərəfindən idarə olunacaq fabrikin 2027-ci ilə qədər tam fəaliyyətə başlaması gözlənilir.
Zavod həm yerli istifadə, həm də ixrac üçün “Ground Master” radarlarını yığacaq, sınaqdan keçirəcək və uyğunlaşdıracaq.
Hərəkət qabiliyyəti, uyğunlaşma qabiliyyəti və performansı ilə beynəlxalq miqyasda rəğbət qazanmış bu radarlar müxtəlif hava müşahidəsi və müdafiə missiyalarında istifadə olunur.
“Thales” vurğulayıb ki, yeni obyekt təkcə radar sistemlərinin istehsalına deyil, həm də yerli tədarükçülərin və BƏƏ-nin imkanlarını inkişaf etdirməyə yönəlib.
Şirkət radar texnologiyalarında uzunmüddətli yerli təcrübə yaratmaq üçün qabaqcıl təlim və peşəkar inkişafı birləşdirir.
Sevinc Əliyeva
Ordu.az