Filippin iki yeni döyüş gəmisi ilə dəniz imkanlarını artırır

2025/05/1748063871.jpg
Oxunub: 536     12:16     24 May 2025    
Filippin Hərbi Dəniz Qüvvələri (HDQ) 127-ci ildönümü qeyd etmələri çərçivəsində mayın 20-də keçirilən mərasimdə iki yeni dəniz platforması olan “BRP Miguel Malvar” (FFG-06) və “BRP Albert Majin”i (PG-909) rəsmi olaraq istifadəyə verib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Mərasimdə çıxış edən Filippin prezidenti Ferdinand Markos qeyd edib: “Biz qətiyyətliyik. Suverenliyimizə qarşı hər hansı bir hörmətsizliyə heç vaxt dözməyəcəyik!”.

Markosun mesajlarının Cənubi Çin dənizində Çinlə davam edən mübahisələrə yönəldiyinə dair şərhlər var.

Filippin prezidenti xüsusilə dənizdəki ərazi mübahisələrinin artmaqda davam etdiyi bir vaxtda HDQ-nin əməliyyat hazırlığının milli maraqların qorunmasının açarı olduğunu bildirib.

Cənubi Koreyadan alınmış 118 metr uzunluğunda idarə olunan raket freqatı “BRP Miguel Malvar” radioelektron mübarizə sistemlərindən başqa müxtəlif imkanlara malikdir.

Sahil təhlükəsizliyi vəzifələri və sürətli cavab əməliyyatları üçün təchiz edilmiş “BRP Albert Majini” ölkənin ilk yerli olaraq quraşdırılmış raket qabiliyyətinə sahib patrul gəmisidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   HDQ  


Bizi "telegram"da izləyin