Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var

2025/05/1748060243.jpg
Oxunub: 748     23:13     23 May 2025    
Mayın 23-də Rusiya Silahlı Qüvvələri Odessa liman infrastrukturuna iki ballistik raketlə zərbə endirib.

Ordu.az "Unian"a istinadən xəbər verir ki, zərbə yerli vaxtla saat 14:15 radələrində endirilib.

Hadisə nəticəsində iki nəfər həlak olub, 8 nəfər yaralanıb. Xəsarət alanlardan dörd nəfərin vəziyyəti ağırdır.

Hücumda "İskander-M" tipli iki ballistik raketdən istifadə olunduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Odessa-limanı  


Bizi "telegram"da izləyin