Finlandiya NATO-nun kəşfiyyat dronları üçün müvəqqəti baza olacaq

2025/05/natog-1748001733.jpg
Oxunub: 399     15:45     23 May 2025    
Finlandiyanın Pirkkala şəhəri NATO-nun pilotsuz kəşfiyyat uçuş aparatları (PUA) üçün müvəqqəti baza olacaq.

Ordu.az xəbər verir ki, bu barədə Finlandiyanın dövlət teleradio şirkəti “Yle” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Pirkkalada dronların sınaqdan keçirilməsinə iyun ayında başlanacaq. Hazırda burada müvəqqəti baza üçün lazım olan sistemlərin tikintisi aparılır.

Qeyd edilib ki, Finlandiyada PUA-ların yerləşdirilməsi, xüsusilə, Norveçin dəniz ərazilərinin monitorinqini həyata keçirməyə imkan verəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   NATO  


Bizi "telegram"da izləyin