Ordu.az xəbər verir ki, Konyada 1 tonluq bombanı hədəfinə atan “Hürkuş” lazer işıqlandırmasını da öz sistemləri ilə həyata keçirib.
Təlim haqqında məlumat verən 3-cü Əsas Reaktiv Baza komandiri və qarnizon komandiri general-mayor Mete Kuş deyib:
“Biz burada başqa ölkələrlə işləyərkən, iki şeylə qürur duyduq. Birincisi Türkiyə Silahlı Qüvvələrinin təlimidir. Başqa ölkələrlə müqayisə etdikdə Türkiyə ordusunun fərqi göz qabağındadır. İkincisi bizim qəhrəman müdafiə sənayemizdiz.
Almanların öz Pilotsuz Uçuş Aparatları (PUA) var, amma bizim “Akıncı” PUA-mızı “Kaşki mənim olsa” deyə heyranlıqla gündə 6 saat izlədilər. Eyni şəkildə “Anka”mızı, TB2-mizi, “Hürkuş”umuzu izlədilər.
“Hürkuş” ilk dəfə olaraq çəkisi 1 tondan çox olan müxtəlif tipli bombaları atdı və tam ortadan vurdu. Özü daşıyıb, özü lazerlə işarələdi. Bir pərli təyyarənin əldə edə biləcəyi ən yüksək manevr qabiliyyətini nümayiş etdirdi”.
Sevinc Əliyeva
Ordu.az