“ASELSAN daxilində 7 əsas sahədə SZ mütəxəssisləri aktiv şəkildə işləyir və bu heyət günü-gündən genişlənir” - Ahmet Akyol

2025/05/1747992005.jpg
Oxunub: 451     13:19     31 May 2025    
ASELSAN baş direktoru Ahmet Akyol müdafiə sənayesinin texnologiya liderlərindən biri olan ASELSAN-ın Süni Zəkanın (SZ) inteqrasiyası sayəsində cəmi bir il ərzində 650 min saat əmək qazancı və təxminən 35 milyon dollar məhsuldarlıq artımı əldə etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Süni Zəka Siyasətləri Dərnəyinin təşkil etdiyi “AI Tomorrow Summit 2025” tədbirindəki çıxışında Akyol SZ-nin təkcə texnoloji məhsulları dəyişdirmədiyini, həm də korporativ biznes üsullarında köklü transformasiyaya start verdiyini vurğulayıb.

“Sənaye inqilabı insanların əzələ gücünü və kompüterlərin emal gücünü əlindən aldı. İndi SZ ilə qərar vermə və düşünmə gücümüzə meydan oxuyan bir texnologiya ilə qarşı-qarşıyayıq”, - deyə Akyol bildirib.

O, ASELSAN-ın bu transformasiyanı effektiv şəkildə idarə etmək üçün 2024-cü ildə “ASELSAN Next” adlı xüsusi proqramı işə saldığını deyib.

Akyol vurğulayıb ki, hazırda ASELSAN daxilində 7 əsas sahədə SZ mütəxəssisləri aktiv şəkildə işləyir və bu heyət günü-gündən genişlənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Süni-Zəka  


Bizi "telegram"da izləyin