Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini çatdırıb - FOTOLAR

2025/05/1747593011.jpg
Oxunub: 1002     22:02     18 May 2025    
Milli Məclisin sədri Sahibə Qafarova mayın 18-də Roma Papası XIV Leonun taxtaçıxma mərasimində iştirak edib.

Bu barədə Ordu.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

S.Qafarova dünya ölkələrinin dövlət, hökumət başçılarının, parlament sədrlərinin, ruhanilərin və görkəmli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasim çərçivəsində keçirilmiş görüşdə Papa XIV Leoya Roma Papası seçilməsi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Vatikan  


Bizi "telegram"da izləyin