TÜRKSOY-un baş katibi Şamaxıda yerləşən "Türk Şəhidliyi" abidəsini ziyarət edib - FOTOLAR

2025/05/turks-1747492395.jpg
Oxunub: 822     18:06     17 May 2025    
TÜRKSOY-un baş katibi Sultan Rayev Şamaxıda yerləşən "Türk Şəhidliyi" abidəsini ziyarət edib.

Bu barədə Ordu.az-a TÜRKSOY-dan məlumat verilib.

Bildirilib ki, memorial 1918-ci ildə Qafqaz İslam Ordusunun tərkibində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Osmanlı əsgərlərinin xatirəsinə ucaldılıb. Bu abidə türk dünyasının ortaq tarixi yaddaşında xüsusi yer tutur.

Ziyarət zamanı şəhidlərin xatirəsinə dualar oxunub, abidə önünə gül dəstələri düzülüb.

Sultan Raev qeyd edib Şamaxıdakı bu abidə xalqlarımızın ümumi tarixinin və qardaşlığının rəmzidir. Burada dincələn qəhrəmanlar azadlıq uğrunda canlarından keçmişlər. Onların parlaq xatirəsini qorumaq bizim müqəddəs borcumuzdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: TÜRKSOY   Şamaxı   Türk-Şəhidliyi  


Bizi "telegram"da izləyin