FNSS İspaniyanın ehtiyaclarına uyğun olaraq 6x6 kəşfiyyat vasitələrinin tədarükü üçün strateji əməkdaşlığa başlayıb

2025/05/1747384802.jpg
Oxunub: 407     12:00     16 May 2025    
FNSS, TSD, “Grupo Oesía” və “John Cockerill Defence” İspaniya ordusunun ehtiyaclarına uyğun olaraq 6x6 kəşfiyyat vasitələrinin tədarükü üçün strateji əməkdaşlığa başlayıblar.

Ordu.az xəbər verir ki, dörd şirkət bu çərçivədə anlaşma memorandumu imzalayıb.

Türkiyənin aparıcı müdafiə sənayesi şirkətləri FNSS, İspaniyada yerləşən TSD, “Grupo Oesía” və Belçikada yerləşən “John Cockerill Defence” İspaniya ordusuna zirehli kəşfiyyat vasitələri tədarükü üçün birləşib.

Dörd şirkət arasında imzalanan anlaşma memorandumu çərçivəsində vasitələrin istehsalı və yığılması, zirehli avtomobillərin dizaynı, optik sistemlərlə təchiz edilmiş avtomobillərin təchizatı, ekipaj qüllələrinin yığılması və inteqrasiyası sahələrində əməkdaşlıq planlaşdırılır.

Hazırlanmış təklifə xüsusi olaraq kəşfiyyat əməliyyatları və mobil qüvvələrin atəş dəstəyi üçün nəzərdə tutulmuş texnoloji cəhətdən təkmil zirehli vasitə sistemi daxildir. Dörd şirkətin birgə təklif etdiyi həll İspaniya ordusunun cari və gələcək əməliyyat ehtiyaclarını qarşılamağı hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FNSS   İspaniya  


Bizi "telegram"da izləyin