Ordu.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladislav Kosiniyak-Kamış məlumat verib.
Nazir WB Electronics-i “Avropanın ən yaxşı dron istehsalçısı” adlandırıb və Ukrayna müharibəsinin göstərdiyi kimi pilotsuz uçuş aparatlarının müasir hərbi münaqişələrdə inqilabi rol oynadığını vurğulayıb.
Müqavilə 2035-ci ilin sonuna qədər qüvvədə olacaq və çərçivə sazişi əsasında Warmate dronlarının ən son versiyalarını da əhatə edən minə yaxın dəstin mərhələli şəkildə çatdırılması planlaşdırılır.
Qeyd edək ki, Polşa Ordusu 2017-ci ildən etibarən Warmate dronlarından istifadə edir. Həmin il Ərazi Müdafiə Qüvvələrinə ilk kiçik partiyanın tədarükü ilə bağlı müqavilə bağlanmışdı. 2022-ci ildə isə tərəflər arasında təxminən 12,5 milyon dollar dəyərində ikinci müqavilə imzalanıb.
Ordu.az