Ordu.az xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir: “Hökumət Bodo Silahlı Qüvvələr Bazasını NATO-nun üçüncü hava əməliyyatları mərkəzinin müvəqqəti yerləşdirilməsi üçün hazırlamaq istiqamətində işlərə başlayıb”.
Məlumata görə, daimi qərargah istifadəyə verilənə qədər bir neçə yüz hərbi və mülki heyət üzvü müvəqqəti mərkəzdə fəaliyyət göstərəcək. Onların bir neçə il ərzində burada çalışacağı gözlənilir.
Qeyd edək ki, bu addım Arktikada artan geosiyasi əhəmiyyət və təhlükəsizlik çağırışları fonunda NATO-nun şimal cinahını gücləndirmək məqsədilə atılıb.
Ordu.az