Husilər Təl-Əvivin Ben Qurion hava limanına raket zərbələri endirib

2025/01/1736918423.jpg
Oxunub: 898     05:16     16 May 2025    
Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri Təl-Əvivdəki Ben Qurion beynəlxalq hava limanına raket zərbəsi endirib.

Ordu.az xəbər verir ki, hərəkata bağlı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya açıqlama verib.

"Raket qüvvələrimiz işğal olunmuş Yaffa bölgəsində (Təl-Əviv) yerləşən Ben Qurion hava limanına hipersəs ballistik raketi ilə hücum edib. Raket hədəfinə uğurla çatıb və hava limanının fəaliyyəti təxminən bir saat dayandırılıb", - o deyib.

Qeyd edək ki, İsrail ordusu Yəməndən növbəti raket buraxılışını qeydə aldığını açıqlamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Ben-Qurion  


Bizi "telegram"da izləyin