Merz: “Almaniyanın Ukraynaya “Taurus” raketləri tədarük etmək planı yoxdur”

2025/04/1744626326.jpg
Oxunub: 492     02:25     16 May 2025    
“Almaniyanın hazırda Ukraynaya uzaqmənzilli “Taurus” qanadlı raketləri tədarük etmək planı yoxdur.”

Ordu.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.

“Bu məsələ hazırda gündəmdə deyil”, - deyə o, ZDF televiziyasında deyib.

Kanslerin sözlərinə görə, orduya sistemləri idarə etmək qabiliyyəti öyrətmək zərurəti ilə əlaqədar çatdırılma xeyli vaxt aparacaq.

O həmçinin Kiyevin Fransa və Böyük Britaniyadan qanadlı raketlər alacağını da əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taurus   Merz  


Bizi "telegram"da izləyin