Rusiya nümayəndə heyəti Dolmabağça sarayına getməyib

2025/05/1747308297.jpg
Oxunub: 475     20:40     15 May 2025    
Rusiya nümayəndə heyəti İstanbulda Ukrayna tərəfi ilə danışıqlarla bağlı vəziyyətin inkişafını Türkiyə Prezidenti Dolmabağça sarayındakı ofisində deyil, başqa yerdə gözləməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə TASS mənbəyinə istinadən məlumat yayıb.

“Rusiya nümayəndə heyəti prezident ofisinə getməyib və vəziyyətin inkişafını və məlumatları başqa yerdə gözləyəcək”, - mənbə deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 11-də Moskvanın Ukrayna hökumətinə 2022-ci ildə kəsdikləri birbaşa danışıqları mayın 15-də İstanbulda ilkin şərt olmadan bərpa etməyi təklif etdiyini açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin