Pakistan Hindistanla atəşkəsi mayın 18-dək uzatmağa hazırdır

2025/05/1746636987.jpg
Oxunub: 556     19:35     15 May 2025    
Pakistan və Hindistan hərbçiləri atəşkəsin mayın 18-dək uzadılması barədə razılığa gəliblər.

Ordu.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar bildirib.

“Bu gün söhbətimiz oldu və atəşkəs mayın 18-dək qüvvədə olacaq”, - XİN başçısı vurğulayıb.

Xatırladaq ki, mayın 10-da ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistanın atəşkəs barədə razılığa gəldiyini açıqlamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Hindistan  


Bizi "telegram"da izləyin