Medinski: "Rusiya Ukrayna ilə münaqişənin səbəblərini aradan qaldırmaq istəyir"

2025/05/1747322148.jpg
Oxunub: 490     18:54     15 May 2025    
Ukrayna ilə birbaşa danışıqların məqsədi gec-tez münaqişənin əsas səbəblərini aradan qaldıraraq uzunmüddətli sülhə nail olmaqdır.

Ordu.az xəbər verir ki, bunu İstanbulda keçirilən brifinqdə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

Onun sözlərinə görə, Rusiya bu danışıqları "təəssüf ki, üç il əvvəl Ukrayna tərəfinin dayandırdığı" İstanbul sülh prosesinin davamı kimi qiymətləndirir.

"Bizim rəsmi nümayəndə heyətimiz prezidentin sərəncamı ilə təsdiq edilib və danışıqlar aparmaq üçün bütün lazımi səlahiyyətlərə malikdir. Rusiya nümayəndə heyəti konstruktiv əhval-ruhiyyədədir, mümkün həll yolları və ortaq nöqtələrin axtarışına köklənib", - Medinski deyib.

Qeyd edək ki, Medinski İstanbulda Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin