Ərdoğan: "Rusiya-Ukrayna danışıqları üçün tarixi fürsət yaranıb"

2025/03/1741715071.jpg
Oxunub: 551     18:36     15 May 2025    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı ilə Ankarada görüş zamanı Rusiya-Ukrayna müharibəsinə son qoymaq səylərini müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Rəcəb Tayyib Ərdoğan hazırkı mərhələdə müharibənin gedişatı birbaşa danışıqlar yolu ilə həlli zəruri etdiyini bildirib.

Türkiyə Prezidenti danışıqlara başlamaq üçün tarixi fürsətdən istifadə edildiyini, həm texniki, həm də liderlər səviyyəsində ola biləcək danışıqları güclü şəkildə dəstəklədiyini vurğulayıb.

O, həmçinin, iki ölkənin prezidentinin görüşünə də ev sahibliyi etməyə hazır olduğunu əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin