Türkiyə PUA və REM sahəsində dünya lideridir

2025/05/1747299916.jpg
Oxunub: 4968     10:51     23 May 2025    
Türkiyə Quru Qoşunlarının komandanı general Selçuk Bayraktaroğlu “Denizkurdu-II/2025” təlimi çərçivəsində etdiyi çıxışında Türkiyə Silahlı Qüvvələrinin Pilotsuz Uçuş Aparatları (PUA) və zərbə PUA-ları sahəsindəki liderliyinə diqqət çəkib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bayraktaroğlu xatırladıb ki, “Bayraktar TB3” ilk uçuşunu və enişini “TCG Anadolu” gəmisində uğurla həyata keçirib.

“Bu təlimi izləyəndə, TB3-ün nailiyyətləri həqiqətən dünyada bir ilk və son dərəcə mühüm inkişafdır. Quru Qoşunlarının komandanı kimi fəxrlə demək istəyirəm ki, biz dünyanın ən böyük PUA və zərbə PUA-sı parkına sahibik”, - deyə o qeyd edib.

General bildirib ki, Türkiyə Quru Qoşunları təkcə park böyüklüyünə görə deyil, həm də bu texnologiyaların istifadəsi və idarə edilməsinə görə dünya lideridir.

“Biz bu sahədə istifadə, idarəetmə, texnologiya baxımından dünyada birinci yerdəyik və bunu sahədə çox uğurla tətbiq edirik”, - deyə Bayraktaroğlu əlavə edib.

Çıxışında Radioelektron Mübarizə (REM) imkanlarına da toxunan Bayraktaroğlu ASELSAN-ın keçmiş baş direktoru olaraq Türkiyənin bu sahədə dünya lideri olduğunu vurğulayıb.

“REM müasir müharibədə güc multiplikatoru kimi vacibdir. Deyə bilərəm ki, biz bu sahədə dünyada bir nömrəyik”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PUA   REM  


Bizi "telegram"da izləyin