ABŞ HDQ-nin F/A-XX altıncı nəsil döyüş təyyarəsi proqramı ciddi gecikmələrlə üzləşə bilər

2025/05/1747296294.jpg
Oxunub: 483     11:52     16 May 2025    
ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) F/A-XX altıncı nəsil döyüş təyyarəsi proqramı ciddi gecikmələrlə üzləşə bilər.

Ordu.az xəbər verir ki, bu barədə TWZ məlumat yayıb.

ABŞ HDQ köhnəlmiş “F/A-18E/F Super Hornet” və “EA-18G Growler” təyyarələrini əvəz etməsi planlaşdırılan F/A-XX üçün mühəndislik və istehsalat inkişafı (EMD) mərhələsinə keçməyə hazırlaşır.

“Reuters”in verdiyi məlumata görə, ABŞ HDQ bu həftə F/A-XX EMD müqaviləsini elan etməyə hazırlaşır. Bildirilir ki, müqavilə qısa müddətdə “birrəqəmli milyard dollar”, uzunmüddətli perspektivdə isə “yüz milyardlarla dollar” dəyərində olacaq.

“Boeing”, “Lockheed Martin” və “Northrop Grumman” əvvəlcə F/A-XX proqramı üçün yarışırdılar. Ancaq “Breaking Defense” tərəfindən verilən məlumata görə, “Lockheed Martin”in təklifi “daha təkmil radar sistemi və təkmilləşdirilmiş aviadaşıyıcı gəmi eniş imkanları” kimi kriteriyalara cavab vermədiyi üçün müsabiqədən kənarlaşdırılıb.

Bu, şirkətin F-35-dən kənarda yeni döyüş təyyarəsi hazırlamaq imkanını itirməsi demək ola bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   F/A-XX  


Bizi "telegram"da izləyin