Makron Fransanın nüvə silahlarının başqa ölkələrə yerləşdirilməsi ilə bağlı danışıqlara hazırdır

2025/05/1747293471.jpg
Oxunub: 638     17:01     15 May 2025    
Fransa prezidenti Emmanuel Makron ölkəsinin nüvə silahlarının digər Avropa ölkələrinə yerləşdirilməsi ilə bağlı danışıqlara açıq olduğunu bildirib.

Ordu.az xəbər verir ki, Makron TF1 televiziyasına müsahibəsində Almaniya, Polşa və digər Avropa ölkələri ilə bu imkanı nəzərdən keçirdiklərini təsdiqləyib.

Makronun şərhləri ABŞ prezidenti Donald Trampın Avropadakı hərbi mövcudluğunu azaldacağını və Avropalı müttəfiqlərini öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşıyacağını bildirməsindən sonraya təsadüf edir.

Makron Fransanın nüvə çəkindiriciliyinin Avropaya yayılması üçün üç əsas şərt irəli sürüb:

Fransa digər ölkələrin təhlükəsizliyi üçün maliyyə yükünü öz üzərinə götürməyəcək.

Fransanın nüvə silahlarının yerləşdirilməsi Fransanın özünün müdafiə qabiliyyətini azaltmamalıdır.

Nüvə silahından istifadə ilə bağlı yekun qərar yalnız Fransa prezidentinin səlahiyyətində olacaq.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Fransa   Nüvə  


Bizi "telegram"da izləyin