Ordu.az xəbər verir ki, sınaq Tayvan administrasiyasının Quru Qoşunlarının (ROC Army) nəzarəti altında keçirilib, “Land Sword II”nin Pilotsuz Uçuş Aparatları (PUA) və qanadlı raketlər kimi müxtəlif hava təhdidlərinə qarşı effektivliyini nümayiş etdirib.
58-ci Artilleriya Komandanlığının bölmələri səhər saat 09:34-də 2 TC-2 raketi atıb, az sonra isə 43-cü Artilleriya Komandanlığı tərəfindən üçüncü raket atılıb.
Hərbi rəsmilərin sözlərinə görə, bütün raketlər hədəfə alınmış PUA-ları uğurla vuraraq, sistemin dəqiqliyini və əməliyyat qabiliyyətini bir daha sübut edib.
“Land Sword II” Tayvanın köhnəlmiş ABŞ istehsalı “MIM-72 Chaparral” sistemlərini əvəz etmək üçün hazırlanıb.
Sevinc Əliyeva
Ordu.az