Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Danimarka Müdafiə Nazirliyi mətbuata açıqlamasında bildirib ki, dondurulmuş Rusiya aktivləri Ukrayna müdafiə sənayesi tərəfindən istehsal olunan silahların alınması üçün istifadə olunacaq, Ukrayna hərbi qulluqçuları artıq tanış olduqları və texniki qulluğunu özləri edə biləcəkləri avadanlıqlara sahib olacaqlar.
Açıqlamada, həmçinin qeyd olunub ki, tədarük Avropa İttifaqı adından Avropa Sülh Fondu vasitəsilə həyata keçiriləcək.
Danimarka Müdafiə Nazirliyinin məlumatına görə, bu, Ukrayna müdafiə sənayesini gücləndirəcək və Ukraynanın ehtiyaclarına daha tez uyğunlaşmağa imkan verəcək.
Sevinc Əliyeva
Ordu.az