Zelenski Albaniya və İtaliyaya səfər etməyi planlaşdırır

2025/05/1746385922.jpg
Oxunub: 367     10:34     14 May 2025    
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfərdən sonra Albaniyaya səfər etməyi planlaşdırır.

Ordu.az-ın məlumatına görə, bunu V.Zelenski Kiyevdə xarici KİV-lərə bildirib.

Həmçinin onun İtaliyaya səfəri də istisna edilmir.

Albaniyaya səfəri zamanı o, avropalı siyasətçilərlə görüşəcək. Daha sonra Ukrayna lideri İtaliyaya gedə və yeni Roma Papası XIV Levin inauqurasiya messasında iştirak edə bilər.

Qeyd edək ki, mayın 15-də İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar aparılacaq. Danışıqlarda ABŞ dövlət katibi Marko Rubio və digər amerikalı rəsmilər iştirak edəcəklər. V.Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə danışıqlar aparmağa hazır olduğunu bildirib.

Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Albaniya   İtaliya  


Bizi "telegram"da izləyin