Finlandiya hərbi səfərbərlik üçün fərqli dəmir yolu ölçüsünə keçəcək

2025/05/1747199346.jpg
Oxunub: 1905     08:43     14 May 2025    
Finlandiya hərbi səfərbərlik üçün standart dəmir yollarına keçmək qərarına gəlib.

Ordu.az xəbər verir ki, bu barədə “Yle” ölkənin nəqliyyat və kommunikasiyalar naziri Lulu Ranneyə istinadən yazıb.

Yolun enini 1 435 mm-ə qədər daraltmaq planlaşdırılır. Hökumət bu məsələ ilə bağlı 2027-ci ilə qədər qərar verməlidir, bundan sonra tikinti işlərinə başlanacaq.

"Bu, təkcə Finlandiyanın məsələsi deyil, bütün Avropa və NATO-nun birgə layihəsidir", - Ranne qeyd edib.

Qeyd olunur ki, Aİ layihəni dəstəkləyə və tikintini təxminən 30 % maliyyələşdirə bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Hərbi-səfərbərlik  


Bizi "telegram"da izləyin