Ordu.az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə İndoneziya Ordusunun rəsmi nümayəndəsi Vaxyu Yudxayana mətbuat konfransında məlumat verib.
Hadisə yerli vaxtla saat 09:30-da Qarut dairəsinin Saqara kəndində qeydə alınıb. Ölənlərdən dördü hərbçi, doqquzu isə yerli sakinlərdir. Yaralılar xəstəxanaya yerləşdirilib.
Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.
Ordu.az