Tramp: ABŞ və Çin sıçrayışla ticarət razılaşmalarına nail olublar

2025/05/1746768021.jpg
Oxunub: 434     00:37     14 May 2025    
ABŞ ilə Çin İsveçrədəki görüşlərdən sonra sıçrayışlı ticarət və iqtisadi razılaşmalar əldə ediblər, lakin təfərrüatlar hələ də aydınlaşdırılmayıb.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən Səudiyyə Ərəbistanı-ABŞ investisiya forumunda deyib.

"Biz həftəsonu Çinlə sıçrayışlı razılaşma əldə etdik. Xırda detalları razılaşdırmalıyıq", - Tramp bildirib.

ABŞ liderinin sözlərinə görə, əldə olunan razılaşmalara uyğun olaraq, Çin öz bazarlarını ABŞ biznesi üçün tam açmağa razılaşıb.

"Hadisələrin inkişafı Pekindən asılıdır", - Tramp vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Çin  


Bizi "telegram"da izləyin