Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması üçün səylər gücləndirilməlidir

2025/02/1740592928.jpg
Oxunub: 670     23:42     13 May 2025    
Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması üçün səylər gücləndirilməlidir.

Ordu.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Ciorcia Meloni ilə telefon danışığında deyib.

O, bildirib ki, Türkiyə tərəflər arasında müharibənin ədalətli və davamlı sülhlə nəticələnməsi üçün danışıqlara ev sahibliyi də daxil olmaqla, hər cür dəstəyi verməyə hazırdır.

Ərdoğan həmçinin söyləyib ki, yaranan fürsət dəyərləndirilməlidir.

Liderlər eyni zamanda ikitərəfli, regional və qlobal məsələləri müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin