Ordu.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.
“Kan” dövlət teleradio şirkətinin məlumatına görə, zərbələrin hədəfi radikal hərəkatın silahlı qanadının rəhbəri Məhəmməd Sinvar olub. İsrail Ordusu hücumun Sinvarı öldürüb-ölmədiyini hələ təsdiq edə bilmir.
“Al Jazeera” telekanalı da öz növbəsində İsrailin hücumları nəticəsində azı 4 nəfərin öldüyünü, daha bir neçə nəfərin yaralandığını bildirib.
Qəzzanın Səhiyyə Nazirliyi hücum zamanı 16 nəfərin öldüyünü və 70 nəfərin yaralandığını açıqlayıb.
Ordu.az