Rəsmi Ankara Türkiyədə keçiriləcək Rusiya - Ukrayna müzakirələrinə ümidlə yanaşır

2023/07/cevde-1689417060.jpg
Oxunub: 390     23:25     13 May 2025    
Rəsmi Ankara Rusiya və Ukrayna arasında mayın 15-də Türkiyədə keçiriləcək müzakirələrlə bağlı ümidlidir.

Ordu.az xəbər verir ki, bu barədəı Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “TRT Haber”ə müsahibəsində deyib.

O bildirib ki, savaş həm Rusiya, həm də Ukrayna iqtisadiyyatına ciddi təsir edib: “Tərəflər arasında atəşkəsin müsbət cəhətləri çox olacaq. ABŞ-dəki Donald Tramp hakimiyyətinin səylərini də təqdir edirik. Avropa ölkələri ilə dialoqu davam etdiririk”.

Qeyd edək ki, mayın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə Rusiya və Ukrayna arasında ali səviyyədə görüşün keçirilməsi nəzərdə tutulur. Ağ Ev rəhbəri Donald Trampın da görüşdə iştirakı gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin