Cevdet Yılmaz ABŞ-nin Suriyaya sanksiyaları aradan qaldırmasını alqışlayıb

2023/08/1690893325.jpg
Oxunub: 4524     23:15     13 May 2025    
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ABŞ-nin Suriyaya qarşı sanksiyaları aradan qaldırmasını alqışlayıb.

Ordu.az xəbər verir ki, o, bu barədə “TRT Haber”in efirində deyib.

C.Yılmaz Ankara ilə Vaşinqton arasında yaxşı münasibətlərin olduğunu, iki ölkənin liderlərin bir-birilərini yanxşı tanıdıqlarını bildirib.

O, ABŞ-nin son qərarının Türkiyəni məmnun etdiyini diqqətə çatdırıb.

Vitse-prezident, həmçinin sanksiyaların aradan qaldırılması barədə Avropa ölkələrinə də çağırış edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Suriyaya qarşı məhdudiyyətləri aradan qaldırdığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Twrkiyə   ABŞ   Suriya  


Bizi "telegram"da izləyin