Norveçdə NATO-nun “Swift Response” təlimləri başlayıb

2025/04/1743828024.jpg
Oxunub: 575     15:24     13 May 2025    
Norveçdə ABŞ-nin komandanlığı altında NATO-nun “Swift Response” təlimləri başlayıb.

Ordu.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Norveç yayım korporasiyası NRK məlumat yayıb.

Norveçlə yanaşı İsveç, Finlandiya, Latviya və Litvada keçiriləcək təlimlər çərçivəsində beş hava-desant əməliyyatı həyata keçiriləcək.

Təlimlərdə 4,1 min amerikalı hərbçi və NATO-nun 14 ölkəsindən 1,9 min hərbçi iştirak edir.

ABŞ tərəfindən təlimlərdə ölkənin kontinental hissəsindən köçürülmüş 82-ci hava-desant diviziyasının 3-cü briqadasının bölmələri iştirak edir.

Manevrin məqsədi alyans qüvvələrinin hazırlığını, Şimali Avropa və Baltik bölgələrində sürətli yerləşdirmə qabiliyyətini gücləndirməkdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   NATO  


Bizi "telegram"da izləyin