Ordu.az xəbər verir ki, bu barədə “İsrail Ordusu Radiosu” məlumat yayıb.
Bildirilir ki, bu mümkün satış İsrailin bölgədə keyfiyyətcə hərbi üstünlüyünə təhlükə yarada bilər.
İsrailin Baş naziri Benyamin Netanyahu ötən həftə İsrail parlamentinin Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsinin qapalı iclasında bu məsələni qaldırıb.
Netanyahu deyib ki, ABŞ belə bir addım atsa, İsrail mütləq buna qarşı çıxacaq.
Bu narahatlıqlar Türkiyənin getdikcə daha çox hərbi varlığını genişləndirməyə və Suriyada daimi bazalar yaratmağa çalışdığı bir vaxta təsadüf edir.
Bu inkişaf həm də ABŞ prezidenti Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxın münasibəti ilə bağlıdır.
Tramp Yaxın Şərq səfəri zamanı Türkiyəyə səfər edə biləcəyini və Ərdoğanı “gözəl ev sahibi” kimi gördüyünü deyib.
O, həmçinin ABŞ-nin Suriyaya qarşı sanksiyaları aradan qaldırması ehtimalını gündəmə gətirib.
Mütəxəssislər xəbərdarlıq edir ki, F-35 təyyarələrinin Türkiyəyə satışı bölgədə potensial hava münaqişəsi halında İsrailin strateji üstünlüyünü əhəmiyyətli dərəcədə azalda bilər.
Türkiyənin İsrailin ən qabaqcıl döyüş təyyarələrindən biri olan F-35-lərə sahib olmasının hərbi balansı dəyişə biləcəyi xüsusilə vurğulanır.
Sevinc Əliyeva
Ordu.az