Ordu.az xəbər verir ki, Türkiyənin raket texnologiyaları sahəsində beynəlxalq arenada bayraq daşıyıcısı olan ROKETSAN İspaniyanın ən böyük təhlükəsizlik və müdafiə sərgisi olan FEINDEF 2025-də iştirak edərək, yüksək texnologiyalı müdafiə sistemlərini nümayiş etdirir.
Sərgidə zərbə tipli pilotsuz uçuş aparatı sursatlarından tank əleyhinə raketlərə, qanadlı raketlərdən hava hücumundan müdafiə raketlərinə qədər geniş çeşiddə müdafiə sistemlərini nümayiş etdirən ROKETSAN Avropadakı əməkdaşlığını artırmağı hədəfləyir.
65-dən çox ölkədən 500-dən çox iştirakçının iştirak etdiyi, Avropanın aparıcı müdafiə sənayesi sərgilərindən biri olan FEINDEF Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisi 12-14 may tarixlərində İspaniyanın paytaxtı Madriddə öz qapılarını açıb.
Yeni nəsil raket və sursat texnologiyaları ilə dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkətindən biri olan ROKETSAN FEINDEF 2025-də ev sahibi ölkə İspaniya başda olmaqla, Avropa ölkələrinin müdafiəsini gücləndirəcək müdafiə sistemlərini də nümayiş etdirir.
Sevinc Əliyeva
Ordu.az