Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
2025-ci il mayın 8-də “Kanal 24” tərəfindən yayımlanan araşdırma nəticəsində məlum olub ki, Rusiya ilin sonuna qədər 633 ədəd “Kh-101” qanadlı raket istehsal etməyi planlaşdırır.
“Army Recognition”un məlumatına görə, bu hədəf “Tactical Missile Armament Corporation” (KTRV) tərəfindən idarə olunan daha geniş istehsal səylərinin çərçivəsinə daxildir.
“Tu-95MS” və “Tu-160” kimi strateji bombardmançı təyyarələrdə yerləşdirilən, dəqiq idarə olunan qanadlı raket olan “Kh-101” Ukraynaya qarşı fəal şəkildə istifadə olunur. Qərb ekspertləri xəbərdarlıq edirlər ki, sanksiyalardan yan keçmək və alternativ subkomponent idxal etmək hesabına bu istehsal rəqəmlərinə çatmağı hədəfləyən Rusiya NATO ilə daha geniş münaqişəyə hazırlaşmaq niyyətindədir.
2025-ci il üçün açıqlanan 633 ədəd “Kh-101” raketinin istehsal hədəfi 2021-ci ildə istehsal ediləcəyi bildirilən 56 raketlə müqayisədə 1000%-dən çox artım deməkdir.
Sevinc Əliyeva
Ordu.az