Pakistan Hindistanla danışıqlarda Kəşmir məsələsini qaldıracaq

2025/05/1747057029.jpg
Oxunub: 628     17:35     12 May 2025    
Pakistan Hindistanla mümkün danışıqlar baş tutacağı təqdirdə üç əsas məsələni – Kəşmir problemini, sərhəd-aşırı terrorizm məsələsini və Hind çayının sularından birgə istifadəni müzakirə etməyə hazırdır.

Ordu.az ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Havaca Asif bildirib.

“Hindistanla münasibətlərimizdə üç əsas problem var: Kəşmir, terrorizm və su. Bu məsələlər artıq 76 ildir mövcuddur. Pakistan terrorizmin ən böyük qurbanıdır və bu məsələ, eləcə də Pakistanla Hindistan arasında üç dəfə müharibəyə səbəb olmuş Kəşmir problemi həll olunmalıdır”, – deyə nazir bildirib.

Asifin sözlərinə görə, Hind çayının sularından istifadə ilə bağlı mübahisə 1960-cı ildə müvafiq müqavilənin imzalanması ilə həll olunub və həmin sənədin icrası Dehlinin birtərəfli qərarı ilə dayandırıla bilməz.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Hindistan  


Bizi "telegram"da izləyin