Rəsmi Ankara: Rusiya və Ukrayna təmaslarla bağlı kompromis əldə edə bilər

2025/05/1746851823.jpg
Oxunub: 442     15:39     12 May 2025    
Türkiyə Prezidentinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı davamlı atəşkəs çağırışı var.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada iordaniyalı və suriyalı həmkarları ilə birgə mətbuat konfransında bildirib.

O deyib ki, Türkiyə prosesə töhfə verməyə hazırdır.

Hakan Fidan tərəfləri atəşkəsə dəvət edib.

“Qarşıdakı günlərdə tərəflərin təmaslarla bağlı komrpomis əldə edə biləcəklərini düşünürəm. Ukrayna əvvəl atəşkəs sonra dialoq, Rusiya isə əvvəl dialoq sonra atəşkəs istəyir. Bütün bunlar normaldır”, - nazir əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin