Kosaçev Rusiya və Ukrayna liderlərinin İstanbulda bu həftə görüşünü mümkün hesab etmir

2022/11/94487-1669031825.jpg
Oxunub: 507     14:37     12 May 2025    
Mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya və Ukraynadan texniki və ekspert səviyyəsində danışıqçılar iştirak etməlidir.

Ordu.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev bildirib.

Onun sözlərinə görə, onlar üç il ərzində ilk dəfə hansısa mifik atəşkəsə deyil, davamlı sülhə doğru irəliləmək üçün hansı perspektivlərin olduğunu birbaşa anlaya biləcəklər.

Ukrayna Prezidenti Volodimir Zelenskinin cümə axşamı İstanbulda Rusiya lideri ilə şəxsən görüşməyə hazır olması barədə sözlərinə toxunan K.Kosaçev qeyd edib ki, "xüsusilə belə mürəkkəb vəziyyətdə ən yüksək səviyyəli görüşlər qətiyyən bu şəkildə təşkil olunmur".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kosaçev   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin