Pakistan PKK-nın buraxılmasını Türkiyədə sülhə doğru addım kimi alqışlayıb

2024/03/3fcd9-1709458971.jpg
Oxunub: 441     14:23     12 May 2025    
Pakistan PKK terror təşkilatının özünü buraxması xəbərini alqışlayır.

Ordu.az-ın məlumatına görə, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “X” hesabında səhifəsində yazıb.

"Pakistan PKK-nın buraxılması xəbərini alqışlayır və bunu terrordan azad Türkiyə üçün davamlı sülhə doğru mühüm addım hesab edir. Bu tarixi hadisə əziz qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə rəhbərliyinin sarsılmaz qətiyyətini əks etdirir. Türk xalqı barışıq, birlik və sabitliyə doğru irəliləməyə davam etməlidir. Pakistan və Türkiyə terrorun bütün forma və təzahürlərinə qarşı birgə mübarizəyə sadiq olaraq qalır", - o yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   PKK   Türkiyə  


Bizi "telegram"da izləyin