Almaniya İsraildən “Arrow 4” raketdən müdafiə sistemi almağa hazırlaşır

2025/05/1746785610.jpg
Oxunub: 541     18:29     12 May 2025    
Almaniya Ordusu hazırda İsraildə inkişaf etdirilən “Arrow 4” raketdən müdafiə sistemini almaq üçün rəsmi addımlar atmağa başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava Qüvvələrinin Müfəttiş Müavini, general-leytenant Lutz Kohlhaus Berlində keçirilən “CPM GmbH” Quru və Hava Müdafiə Zirvəsində çıxış edib.

O, “Arrow 4” sisteminin “Patriot” sistemləri ilə müqayisədə daha yüksək hündürlükləri əhatə etdiyini və “Arrow 2”nin təkmilləşdirilmiş versiyası olduğunu qeyd edib.

Almaniya təhlükəsizlik mənbələrinin məlumatına görə, bu qərar həm İsrailə, həm də Almaniya Müdafiə Nazirliyinin rəhbərliyinə çatdırılıb. Bundan əlavə, Almaniya Ordusu son illərdə səkkiz yeni “Patriot” sistemi sifariş edib və bunlar üçün yeni ABŞ proqram təminatının alınması nəzərdə tutulur. Həmçinin Almaniya HHQ altı “Iris-T SLM” hava hücumundan müdafiə sisteminin də tədarükünü planlaşdırır.

Mayın əvvəlində Almaniya Hərbi Hava Qüvvələri İsrailin “Arrow 3” raketdən müdafiə sisteminin ilk komponenti olan komanda və idarəetmə məntəqəsini qəbul edib. Bu tip üç sistemin alınması ilə bağlı müqavilə 2023-cü il noyabrın 23-də imzalanıb və razılaşmanın dəyəri təxminən 4 milyard avrodur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   İsrail  


Bizi "telegram"da izləyin