Alman şirkəti hərbi nəqliyyat vasitələrini avtonomlaşdıran texnologiya təqdim edib

2025/05/1746785534.jpg
Oxunub: 560     17:11     12 May 2025    
Almaniyanın qabaqcıl texnologiya şirkəti “ARX Robotics” özünün süni zəka (SZ) dəstəyi ilə işləyən yeni bir əməliyyat sistemini ictimaiyyətə təqdim edib.

Ordu.az xəbər verir ki, bu texnologiya “ARX Mithra OS” adlanır və əsas məqsədi ənənəvi hərbi maşınları ağıllı, bir-biri ilə əlaqəli avtonom bölmələrə çevirməkdir.

Şirkətin məlumatına görə, bu həll ənənəvi nəqliyyat vasitələrini inkişaf etmiş süni zəka bacarıqları ilə təchiz edir, onlara uyğunlaşan naviqasiya, avtonom kəşfiyyat və uzaqdan idarəetmə imkanları verir.

Sistemə əlavə olaraq, onun funksionallığını artırmaq məqsədilə hərbi maşın və yük maşınlarına yüksək dəqiqlikli kameralar və sensorlar quraşdırılır. Bu yeniliklər maşınların ətraf mühiti daha yaxşı analiz etməsinə və müxtəlif şəraitlərdə effektiv fəaliyyət göstərməsinə imkan yaradır.

“ARX Robotics”in qurucusu Mark Vietfeld qeyd edib ki, döyüş meydanları sürətlə rəqəmsallaşır və getdikcə daha çox ölkə insansız (pilotsuz) sistemlərə üstünlük verir. Lakin bütün ordu nəqliyyat parkını yeni maşınlarla əvəzləmək çox baha başa gəlir və çətin prosesdir. Buna görə də şirkət öz həllinin həm yeni, həm də mövcud hərbi texnikada tətbiq oluna biləcəyini vurğulayır.

Bu texnologiya sayəsində ordular artıq istifadə olunan nəqliyyat vasitələrini də avtonom bölmələrə çevirə və ən müasir müdafiə imkanlarını daha əlçatan xərclərlə əldə edə bilərlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   ARX-Robotics  


Bizi "telegram"da izləyin