ABŞ kiçik qoşunların daşınması üçün “Viceroy Seaglider”i dəyərləndirir

2025/05/1746778575.jpg
Oxunub: 686     10:39     16 May 2025    
ABŞ Dəniz Piyadaları Komandanlığı kiçik birliklərin tez və aşağı aşkarlanma riski ilə daşınması məqsədilə “təsir zonası əməliyyatları” çərçivəsində “Viceroy Seaglider” adlı yer təsirli hava platforması almağı düşünür.

Ordu.az xəbər verir ki, 2021-ci ildə ABŞ Müdafiə Nazirliyinə tabe olan Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyi (DARPA) Hind-Sakit Okean regionunda mümkün münaqişə ssenarisi kontekstində ənənəvi hava və dəniz platformalarının məhdudiyyətlərini aşa bilən yeni nəqliyyat vasitələri sinfinin hazırlanmasına çağırış edib.

Bu çağırışa uyğun olaraq ekranoplan tipli yer təsirli hava platformaları və ya inkişaf etmiş dəniz təyyarələri üzərində araşdırmalara başlanılıb.

Sözügedən platformalar çox aşağı hündürlüklərdə uçarkən yaranan aerodinamik “yer təsiri” sayəsində yanacaqdan daha səmərəli istifadə edə və daha çox yük daşıya bilir.

Bu prinsipə əsaslanan Sovet istehsalı ekranoplanların üstünlüyü radar əhatə dairəsindən aşağıda fəaliyyət göstərə bilməsi və sualtı qayıqlara və ya dəniz minalarına daha az həssas olmasıdır.

Bununla belə, mövcud texnologiyaların bu nəqliyyat vasitələrinin aşağı manevr qabiliyyəti və yalnız uyğun hava şəraitində istifadəsi kimi çatışmazlıqları var.

Bu səbəbdən DARPA 2024-cü ildə “Liberty Lifter” proqramı çərçivəsində bir prototip hazırlamaqla, “Aurora Flight Sciences” şirkətinə tapşırıq verib. Sözügedən platformanın uçuş sınaqlarına 2027-ci ilin sonuna kimi başlaması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Viceroy-Seaglider   DARPA-2024  


Bizi "telegram"da izləyin